Rusiyanın Primorsk diyarında 42 yaşlı azərbaycanlı məhkəmə qarşısına çıxarılıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Vladivostok şəhərinin mərkəzində kafe sahibi olan Hüseyn adlı Azərbaycan vətəndaşı mütəşəkkil cinayətkar dəstənin tərkibində ərazidə narkotik satışı ilə məşğul olub.O, 50-200 qramlı heroin dozalarının satışı ilə məşğul olub. Azərbaycan vətəndaşına qarşı 8 epizod üzrə cinayət işi açılıb.
Təqsiri sübuta yetirilərsə, Hüseyni 20 ilə qədər həbs gözləyir. Proses Vladivostokun Pervoreçenski məhkəməsində keçiriləcək. 1974-cü il təvəllüdlü Azərbaycan vətəndaşı bundan əvvəl, fırıldaqçılıq və narkotik satışı ilə məşğul olduğuna görə 7 il həbs yatıb.
Vüqar İsmayılov