Modern.az

Ukraynadan edilən müraciət müzakirə ediləcək - AÇIQLAMA

Ukraynadan edilən müraciət müzakirə ediləcək - AÇIQLAMA

29 Yanvar 2016, 14:06

Ukrayna Dəmir Yolları ASC-nin kommersiya işlər üzrə departamentinin rəis müavini İvan Xoryakov Azərbaycana tranzit rüsumunun 50% azaldılması ilə bağlı müraciət edildiyini açıqlayıb.

O, Ukrayna mallarını Odessa limanından Gürcüstan, Azərbaycan və Qazaxıstan vasitəsilə Çinə çatdıracaq ticarət yolunun daha da sərfəli olması üçün bu addımın atıldığını bildirib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Modern.az saytına deyib ki, müraciət daxil olduqdan sonra müzakirə edilib müvafiq qərar veriləcək: “Yalnız bundan sonra ictimaiyyətə məlumat veriləcək”.  

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza