Modern.az

Rusiyadakı azərbaycanlıların 24 saatlıq kriminal XRONİKASI

Rusiyadakı azərbaycanlıların 24 saatlıq kriminal XRONİKASI

29 Yanvar 2016, 14:32

Rusiyada yaşayan çoxmilyonlu Azərbaycan diasporu zaman-zaman bu ölkənin yerli kriminal xəbərlərinin əsas qəhrəmanına çevrilir. Xüsusi rezonans doğurmayan belə epizodların bir çoxu Azərbaycan mətbuatının nəzərindən yayınır.

Modern.az saytı son 24 saatda Rusiyada cinayət törədən azərbaycanlılarla bağlı kriminal statistikanı təqdim edir. 

Bu gün Rusiyanın Yaroslavl vilayətində Azərbaycan əsilli Rusiya vətəndaşı həbs olunub. Rusiya narkopolisləri onun üzrənidən 2 bağlamada ümumi çəkisi 115 qram olan heroin aşkar ediblər. Yaroslavl şəhərində yaşayan və bundan əvvəl dəfələrlə məhkum olunmuş azərbaycanlı məhkəmə qarşısına çıxarılacaq.

Rusiyanın Çelyabinsk vilayətində isə yerli polis orqanları yanvarın 21-də öz həmyerlilərini bıçaqlayaraq qətlə yetirən 2 Azərbaycan vətəndaşının axtarışını aparır.

Bu məqsədlə vilayətin Kurçatov rayonunda yanvarın 28-dən başlayaraq “Gecə” şərti adı ilə geniş əməliyyat-axtarış tədbirləri keçrilib. Polis şəhərin yataqxanalarında və bazarlarında Çin, Şimali Koreya, Özbəkistan, Tacikistan və Ermənistandan gələn qeyri-qanuni miqrantları saxlayıb. Lakin axtarılan azərbaycanlıları həbs edə bilməyib.

Bundan başqa, Rusiyanın Sankt-Peterburq şəhərində etnik cinayətkar dəstə zərrəsizləşdirilib. Yanvar ayının ortalarında Özbəkistan vətəndaşını oğurlayaraq onun azad olunması üçün qohumlarından 300 min rubl pul tələb edən şəxslər qısa müddətdə həbs olunublar. Onlardan 2-si Özbəkistan, 1-i isə Azərbaycan vətəndaş olub.

Ötən gün Rusiyanın Samara vilayətində isə taksi sürücülərinə silsilə hücumlar edən mütəşəkkil dəstə zərərsizləşdirilib. 2015-ci il dekbarın 15-dən bəri ayrı-ayrılıqda 4 taksi sürücüsünə edilən hücumlar zamanı həmin dəstə 60 min rubla yaxın pul və bir neçə mobil telefon aparmışdı. Aparılan axtarış tədbirləri nəticəsində Əsədov və Şamilov soyadlı 2 Özbəkistan və E.Məmmədov, O.Məmmədov adlı 2 Azərbaycan vətəndaşı həbs olunmuşdu.

Soçi gömrükçüləri isə İstanbuldan təyyarə ilə gələn Azərbaycan vətəndaşını saxlayıb. Onun əlindəki 2 çemodandan Rusiyaya gətirilməsi qadağan olunmuş 1154 parça nümunəsi tapılaraq müsadirə olunub.

Vüqar İsmayılov  

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza