Modern.az

Azərbaycanın premium kinoteatrında türk romantik komediyası

Azərbaycanın premium kinoteatrında türk romantik komediyası

29 Yanvar 2016, 13:20


Azərbaycanın premium kinoteatrı “CinemaPlus” türk romantik komediya sevənləri “Kocan Kadar Konuş 2” filmi ilə sevindirir. Filmin rejissoru Kıvanç Baruönü. Baş rolları Ezgi Mola və Murat Yıldırım oynayıb.

İlk filmdə ailəsinin və ətrafının evlənmək təzyiqinə tab gətirən Əfsun, filmin ikinci hissəsində sevdiyi və evlənmək istədiyi Sinana qovuşur, lakin qarşılarındakı maneələr azalmır. Bu dəfə də öz xaotik ailəsi ilə yanaşı həm də Sinanın ailəsi və özəlliklə nənəsi Cavidə xanımla çəkişməli olur... 

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır. 

“CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı “28 Cinema” keçən ay adını dəyişib. Kinoteatrın yeni adı – “CinemaPlus”dır.

//cinemaplus.az/ru/news/azrbaycann-premium-kinoteatr-28-cinemann-ad-dyidir/

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza