Xəzərin Türkmənistan sahillərində tapılan neftçinin meyiti vətənə gətirilib. Modern.az sayt xəbər verir ki, Türkmənistana yola düşən Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi gecə saatlarında geri qayıdıb. 1973-cü il təvəllüdlü Şahmarov Sahib Güloğlan oğlunun nəşi Vətənə gətirilərək aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, yanvarın 29-da axşam saatlarında Xəzər dənizinin Türkmənistan sektorunda cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə diplomatik kanallarla məlumat verilib. Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilib.
Xatirladaq ki, dekabrın 4-də "Günəşli" yatağının 10 saylı özülündə baş verən qəza nəticəsində 12 nəfər həlak olub, 18 nəfər isə hazırda itkin düşmüş sayılır.
Modern.az