Modern.az

Azərbaycan gəncləri ən çox bu sahədə dəyişiklik istəyir

Azərbaycan gəncləri ən çox bu sahədə dəyişiklik istəyir

Təhsil

1 Fevral 2016, 10:16


2016-cı ilin ilk ayı geridə qaldı. Dünyanın “çalxalanması” bir qədər də güclənib: Neftin ucuzlaşması, maliyyə böhranı, ərzaq qıtlığı, lokal müharibələr, siyasi gərginliklər, Avropaya kütləvi miqrasiya... Böyük dövlətlərin “oyunları” kiçik ölkələrə birbaşa və ya dolayı yollarla təsir göstərməkdədir.

Dünyada cərəyan edən hadisələrin təsirini sözsüz ki, Azərbaycan da bu və digər şəkildə hiss edir. Eynilə vətəndaşlar da həmçinin... Azərbaycanın ictimai həyatında daim aktiv fəaliyyəti ilə seçilən gənc vətəndaşların bugünkü cəmiyyətin avanqard qüvvəsi olaraq hadisələrə öz baxışı, öz düşüncəsi var.  

Maraqlıdır, onlar hansı sahələrdə dəyişiklik istəyirlər?

Modern.az saytı bu suala cavab almaq üçün oxucular arasında keçirdiyi sorğunu yekunlaşdırb.

2000 mindən çox gəncin iştirak etdiyi sorğunun nəticələrinə görə, gənclər ən çox iqtisadi sahədə dəyişiklik istəyir. Sorğu iştirakçılarının 24%-i Azərbaycanda iqtisadi sahədə dəyişikliyin tərəfdarıdır.
Təhsil və elm sahəsində dəyişiklik istəyənlər sonrakı yerdə gəlirlər 21%.

Əxlaq, davranış və mənəviyyat sahəsində dəyişiklik görmək istəyənlər 16% təşkil edir.

Sorğunun nəticələrinə görə sorakı yerlərdə digər sahələrdə dəyişiklik görəm istəyənlər gəlir:

Siyasi sahədə - 12%
Sosial sahədə - 11%
Hərbi sahədə - 5%
Səhiyyə sahəsində - 3%
Dini sahədə - 3%
Gənclər siyasəti sahəsində - 22 2%
Mədəniyyət sahəsində - 1%

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?