Modern.az

Xədicə İsmayıl dostlarına salam göndərib

 Xədicə İsmayıl dostlarına salam göndərib

1 Fevral 2016, 21:59

 

Vəkili həbsdə olan jurnalist Xədicə İsmayıla baş çəkib. Onun hüquqlarını müdafiə edən Cavad Cavadovun Modern.az saytına verdiyi məlumata görə, Xədicə İsmayılın vəziyyəti yaxşıdır: “Möhkəmdir, pozitivdir, bütün dostlara salamı var”.

 Xədicə İsmayıl Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur. Xədicə İsmayıla qarşı 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb.

Sonradan Tural Mustafayev mətbuat vasitəsi ilə şikayətini təzyiq altında verdiyini və şikayətindən imtina etdiyini bəyan edib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb. Məhkəmə təqsirləndirilən şəxsə qarşı 125-ci maddə üzrə verilmiş ittihama xitam verilib, digər maddələr üzrə təqsirli hesab edilərək, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular