Modern.az

“Azərbaycan strateji tərəfdaşımızdır” - Mixail Canalidze

 “Azərbaycan strateji tərəfdaşımızdır” - Mixail Canalidze

2 Fevral 2016, 00:46

 

“Azərbaycan bizim strateji tərəfdaşımız və əsas təbii qaz təchizatçımızdır”. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Mixail Canalidze Tbilisidə keçirilən “Gürcüstanın demokratik və iqtisadi inkişaf perspektivləri” adlı beynəlxalq konfransda söyləyib.

"Biz Azərbaycandan böyük həcmdə təbii qaz alırıq. Lakin texniki cəhətdən Azərbaycan bizi lazımi qədər mavi yanacaqla təmin edə bilmir. Buna görə də biz, əhalini təbii qazla təmin etmək üçün müxtəlif yollar axtarırıq. Rusiyanın “Qazprom” şirkəti ilə aparılan danışıqların da səbəbi məhz budur. Bu danışıqlar siyasi mahiyyət daşımır", - deyə o bildirib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?