“Ölkədə struktur islahatları aparılır. Lakin TQDK-nin hansı quruma birləşdirilməsi barədə qərar qəbul edilməyib”.
Modern.az xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O qeyd edib ki, hansı qərar qəbul olanacaqsa, ona tabe olacaqlar.
“Üzümü abituriyentlərə, valideynlərə tuturam ki, hər hansı qərar qəbul olunacaqsa, onlar bundan əziyyət çəkməyəcəklər və onların bilikləri obyektiv qiymətləndiriləcək”.
Komissiya sədri qeyd edib ki, bu ilin orta məktəb məzunları üçün buraxılış imtahanı ötən ilki qayda ilə keçiriləcək, yalnız imtahan nəticələrinin qiymətləndirməsi dəyişdiriləcək.
Aytən Zəhra