Azərbaycanda dolların rəsmi məzənnəsində dəyişiklik olub.
Mərkəzi Bankdan Modern.az-a verilən məlumata görə, fevralın 3-nə olan USD/AZN rəsmi məzənnəsi 1,5894 səviyyəsində müəyyən olunub.Qeyd edək ki, Azərbaycanda rəsmi məzənnəyə görə, bu gün 1 dollar 1.5940 manat olub. Xatırladaq ki, 2015-ci il dekabrın 21-də Mərkəzi Bank “Üzən məzənnə” rejiminə keçid haqda qərar qəbul edib və həmin gün dolların qiyməti 50 faiz bahalaşıb.
Modern.az