Lüksemburq asteroidlərdən faydalı qazıntı çıxarmaq barədə qərar verib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, cırtdan ölkəyə Konqresin xüsusi icazəsini almış Amerika şirkəti yardımçı olacaq.
Yerdən milyonlarla kilometr uzaqda yerləşən asteroidlərdə qazıntı işlərinin aparılacağı ilə bağlı rəsmi açıqlamanın bu gün Lüksemburq Hersoqluğunun baş nazir müvini Etyen Şnayderin edəcəyi gözlənilir.
Lüksemburqun kommersiya tərəfdaşları Amerikanın Deep Space İndustries və Planetary Resources of USA şirkətləri olacaq.
Hesab olunur ki, qazıntı işləri Yerlə Mars arasında yerləşən asteroidlərdə aparılacaq. Əsas məqsəd Yerdə nadir rast gəlinən mineralların tapılıb planetə gətirilməsidir.
Avropa Kosmik Agentliyinin rəhbəri Jan Jak Dorden layihənin potensialından danışıb.
“Kosmosda faydalı qazıntıların çıxarılması ifadəsi özü-özlüyündə futurustik səslənsə də, bu realdır. İnsanlar asteroidlərə uçmağı, orada qazınrtı işləri aparmağı və mineral nümunələrini Yerə çatıdrmağı lazımi texnologiyalar əsasında bilirlər”.
Alimlər asteroidlərin platin, volfram, dəmir və nikellə zəngin olduğunu düşünür.
Vüqar İsmayılov