Xalq artisti İlhamə Quliyeva həmkarı Aygün Kazımovanı məhkəməyə verməyə hazırlaşır. Bu barədə AzNews.az-a İ.Quliyevanın özü məlumat verib. Onun sözlərinə görə, A.Kazımovanın “İnstagram”da onun ünvanına yazdığı ittihamlarla bağlı məhkəməyə müraciət üçün sənədlər hazırlanır: “Mən onu məhkəməyə verəcəyəm. Qoy dediklərini, mən tərəfdən hansı şər-böhtana məruz qaldığını sübut etsin. Ondan 1 milyon manat təzminat tələb edəcəyəm. Çünki onun olmayan şeyləri mənim ünvanıma səsləndirməyə haqqı çatmır”.
Qeyd edək ki, Aygün Kazımova Xalq artisti İlhamə Quliyeva ilə onun köməkçisi Mehriban Hüseynovanın arasında yaşanan qalmaqala münasibət bildirib. M. Hüseynovanı dəstəkləyən A.Kazımova İ.Quliyeva tərəfindən şər-böhtana məruz qaldığını bildirib: “Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun. Məni də dəfələrlə şərləməyə çalışıb, amma alınmayıb. Mehriban xanım darıxmayın, möhkəm olun! Allah böyükdür. Haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan, tanıyır”.