Modern.az

Test imtahanının taleyi sual altındadır

Test imtahanının taleyi sual altındadır

3 Fevral 2016, 14:15

"Azərbaycanda test üsulu ləğv oluna bilməz"



Bunu Anspress-ə Filologiya elmləri namizədi, test üsulunu Azərbaycanda ilk dəfə tətbiq edən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq rəhbəri Vurğun Əyyub test imtahanının ləğv edilməsi ilə bağlı fikirləri şərh edərkən bildirdi.

"Azərbaycanda test üsulunun ləğvi mümkün deyil. Sadəcə, ali məktəblərdə olan test imtahanının yerinə orta məktəblərdə olan buraxılış imtahanlarının nəticələri əsas götürülə bilər. Həmin buraxılış imtahanları da elə test üsulu ilə həyata keçirilir. Amma bu, çox uzun bir prosesdir", - deyə Vurğun Əyyub əlavə etdi. 

Azərbaycanda ilk dəfə test üsulu ilə imtahan 1992-ci il noyabrın 15-də tətbiq olunub. Test üsulunun həm müsbət, həm də mənfi cəhətləri var. 

Test üsulunun müsbət cəhətləri imtahanın demokratik, şəffaf, ədalətli şəkildə həyata keçirilməsi, abituriyentlərin bir neçə ixtisas içərisindən seçim edə bilməsidir. Lakin bununla yanaşı test üsulunun çatışmayan cəhəti isə şagird və tələbələrin nitq və yazı qabiliyyətinin məhdudlaşdırılması və əzbərçiliyə yol vermələridir.

Milli Elmlər Akademiyasının tarix üzrə fəlsəfə doktoru, təhsil üzrə ekspert Kamran Əsədov isə hesab edir ki, hazırda test üsulu ilə olan imtahanların strukturu dəyişdirilməlidir:

"Son beş ildə test üsulu ilə imtahanın nəticələri özünü tam göstərə bilmir. Məsələn, 500 balla ali məktəbə daxil olanın sonrakı qiymətlərinə baxdıqda görürük ki, heç də topladığı bala uyğun gəlmir. Çünki bizdə test imtahanları faktlara əsaslanır, dünya praktikasında isə biliyə. Ya gərək tamamilə test imtahanını yığışdırsınlar, ya da açıq tipli suallar etsinlər, amma onun da forması bugünkü kimi olmamalıdır", - deyə ekspert vurğuladı.  Kamran Əsədov onu da əlavə etdi ki, hazırda ali məktəblərdə test üsulunu ləğv etmək heç nəyi dəyişmir. Çünki bundan sonra ali məktəblər üçün əsas götürüləcək orta məktəb imtahanları da elə test üsulu ilə həyata keçirilir. Həm də əgər indi 3 imtahan varsa, ali məktəblərdəki test imtahanını ləğv etdikdən sonra bu say 4 və ya 5 olacaq. Bu da eyni mexanizmə gətirib çıxarır.   "Azərbaycanda test üsulu ləğv oluna bilməz".
Bunu Anspress-ə Filologiya elmləri namizədi, test üsulunu Azərbaycanda ilk dəfə tətbiq edən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq rəhbəri Vurğun Əyyub test imtahanının ləğv edilməsi ilə bağlı fikirləri şərh edərkən bildirdi.

"Azərbaycanda test üsulunun ləğvi mümkün deyil. Sadəcə, ali məktəblərdə olan test imtahanının yerinə orta məktəblərdə olan buraxılış imtahanlarının nəticələri əsas götürülə bilər. Həmin buraxılış imtahanları da elə test üsulu ilə həyata keçirilir. Amma bu, çox uzun bir prosesdir", - deyə Vurğun Əyyub əlavə etdi.  Azərbaycanda ilk dəfə test üsulu ilə imtahan 1992-ci il noyabrın 15-də tətbiq olunub. Test üsulunun həm müsbət, həm də mənfi cəhətləri var. 

Test üsulunun müsbət cəhətləri imtahanın demokratik, şəffaf, ədalətli şəkildə həyata keçirilməsi, abituriyentlərin bir neçə ixtisas içərisindən seçim edə bilməsidir. Lakin bununla yanaşı test üsulunun çatışmayan cəhəti isə şagird və tələbələrin nitq və yazı qabiliyyətinin məhdudlaşdırılması və əzbərçiliyə yol vermələridir.

Milli Elmlər Akademiyasının tarix üzrə fəlsəfə doktoru, təhsil üzrə ekspert Kamran Əsədov isə hesab edir ki, hazırda test üsulu ilə olan imtahanların strukturu dəyişdirilməlidir:

"Son beş ildə test üsulu ilə imtahanın nəticələri özünü tam göstərə bilmir. Məsələn, 500 balla ali məktəbə daxil olanın sonrakı qiymətlərinə baxdıqda görürük ki, heç də topladığı bala uyğun gəlmir. Çünki bizdə test imtahanları faktlara əsaslanır, dünya praktikasında isə biliyə. Ya gərək tamamilə test imtahanını yığışdırsınlar, ya da açıq tipli suallar etsinlər, amma onun da forması bugünkü kimi olmamalıdır", - deyə ekspert vurğuladı. 

Kamran Əsədov onu da əlavə etdi ki, hazırda ali məktəblərdə test üsulunu ləğv etmək heç nəyi dəyişmir. Çünki bundan sonra ali məktəblər üçün əsas götürüləcək orta məktəb imtahanları da elə test üsulu ilə həyata keçirilir. Həm də əgər indi 3 imtahan varsa, ali məktəblərdəki test imtahanını ləğv etdikdən sonra bu say 4 və ya 5 olacaq. Bu da eyni mexanizmə gətirib çıxarır.

Onu da qeyd edək ki, test üsulu ilə imtahan bir çox ölkələrdə mövcuddur. 1969-cu ildə ilk dəfə ABŞ bu üsulu orta məktəbdə, 1970-ci ildə isə Türkiyə ilk dəfə eksperiment kimi ali məktəbdə tətbiq edib. Hazırda isə bir çox ölkələrin istər orta, istərsə də ali məktəblərində istifadə olunur.

Azərbaycanda test üsulunun ləğv olunması fikrini ötən gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədri Məleykə Abbaszadə "Xəzər Xəbər"-ə müsahibəsində deyib. Onun sözlərinə görə, ali məktəblərə qəbul imtahanlarının test üsulu ilə aparılmaması təklif edilir. Əvəzində qəbul üçün orta məktəblərin buraxılış imtahanlarının nəticələri əsas götürülə bilər. Sədr bildirib ki, buraxılış imtahanının nəticələrinə əsasən universitetə qəbul aparılması elmi müstəvidə müzakirə olunur.


Məleykə Abbaszadə onu da qeyd edib ki, əgər hüquqi bir qərar verilsə, şagirdlər ana dili, riyaziyyat və xarici dillə yanaşı başqa fənlərdən də buraxılış imtahanı verməli olacaqlar. Fənlərin artırılması ilə bağlı Təhsil Nazirliyinə təkliflər edilsə də bu dərs ilində dəyişiklik gözlənilmir. Qəbul imtahanlarında test üsulunun ləğvi zaman-zaman gündəmə gətirilib. Təhsil ekspertlərinin bəziləri test üsulunun özünü doğrultmadığını, şagirdləri əzbərçiliyə alışdırdığı qənaətindədir. Amma onun tamamilə ləğv edilməsi ali məktəblərə hazırlaşanlar üçün əlverişli olmaz. Çünki bu sistem qəbul zamanı şəffaflığın təmin olunmasında əsas göstəricilərdən biri hesab olunur. Ona görə də hazırda bu sistemin daha effektiv olması üçün yeni təkliflər hazırlanmalıdır. 



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza