Modern.az

Meyiti tapılan neftçinin kimliyi bəlli oldu

Meyiti tapılan neftçinin kimliyi bəlli oldu

3 Fevral 2016, 14:48

Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub. Ekspertlərin rəyinə əsasən, cəsəd “Neftqaztikinti” Trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğlunundur.

Bu barədə Modern.az-a Azərbycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və 'Günəşli' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

Xatırladaq ki, 4 dekabr 2015-ci il tarixində “Günəşli” yatağında baş vermiş qəza nəticəsində platformadakı 63 nəfər işçidən 33 nəfər xilas olunub, 12 nəfər həlak olub və 18 nəfər itkin düşüb. Eyni zamanda həmin gün Neft Daşlarında baş vermiş qəza nəticəsində SOCAR-ın Nəqliyyat İdarəsinin 3 nəfər işçisi itkin düşüb.

Hazırda axtarışları davam etdirilən şəxslər bunlardır:

 Qasımov Mübariz Dilqəm o. 21.01.1958
 Rzaxanov Edik Rivazin o. 15.01.1983
 Babazadə Tural Fətəli o. 01.09.1993
 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
 Qasımov Bayram Mirzəağa o. 20.03.1978
 Abdullayev Adil Ələkbər o. 19,02,1953
 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
 Niyazov Seyfəddin Abil o. 09.02.1968
 İskəndərov İnqilab Osman o. 29.11.1957
 Mayborda Oleq Akimoviç 21.11.1971
 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962
 İbrahimov Xalid Bəşir o. 12.08.1971
 Həsənov Zaur Vahid o. 24.12.1975
 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
 Hüseynov Bəhlul Sirac o. 25.11.1969
 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
 Xəlilov Zaur Arif o. 15.09.1975
 Sahmarov Sahib Güloğlan o. 02.08.1973
 Əliyev Əyyub Xəlil o. 22.07.1973

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza