Modern.az

Dillər Universitetində maaşlar artırıldı

Dillər Universitetində maaşlar artırıldı

3 Fevral 2016, 14:54


Azərbaycan Dillər Universiteti (ADU) əməkdaşların rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədi ilə növbəti addım atıb. Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu, ADU-nun Elmi Şurasının 3 fevral 2016-cı il tarixli qərarına əsasən həyata keçirilib. Bu addım ödənişli əsaslarla təhsil alan tələbələrin ödənişi, universitetin beynəlxalq və yerli layihələrdə qazandığı vəsait, əməkdaşlarının sayının azaldılması və tələbə-müəllim nisbətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının nəticəsidir. Ölkə Prezidentinin Nazirlər Kabinetinin iclasındakı nitqini və bununla əlaqədar qarşıda duran vəzifələri müzakirə edən zaman Elmi Şuranın qərarına əsasən universitetdə çalışan 300 nəfərə yaxın əməkdaşların (laborant, baş laborant, mütəxəssis, baş mütəxəssis, xadimə, rejissor, fotoqraf və sair), həmçinin universitetdə aylıq əməkhaqqı az olan əməkdaşların maaşları fevral ayının 1-dən  etibarən artımla veriləcək. Bu da Azərbaycanda ali məktəblər sırasında ən yüksək göstəricilərdən biridir.


Modern.az
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza