Modern.az

DİN İlhamə barədə səslənən ittihamlara niyə susur?

DİN İlhamə barədə səslənən ittihamlara niyə susur?

3 Fevral 2016, 14:58

Xalq artisti İlhamə Quliyevanın hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan keçmiş köməkçisi Mehriban Hüseynovanın onun barəsində səsləndirdiyi ağır ittihamlar ictimaiyyətdə böyük rezonans doğurub. M.Hüseynovanın mətbuatda yayımlanan məktubunda xalq artistinin ona qarşı etidiyi amansızlıq, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdən, işgəncələrdən söz açıb. Sabiq köməkçi məktubunda İlhamə Quliyeva tərəfindən ötən ilin oktyabrın 17-də mətbuata təqdim edilən videonun  onun iradəsinə əks olaraq, qorxudularaq, namusunu ləkələməklə hədələnib çəkildiyni deyib:

“Hamısı birləşib namusumu ləkələməklə qorxudub, diz çökərək hər şeyi boynuma almağımı tələb etdilər...Onların namusumu ləkələyəcəklərindən qorxaraq dediklərini etdim və onlar məni telefonla çəkirdilər”.

Məktubda mətbuata məlum olmayan bəzi faktlar da yer alıb. Bütün bu məlumatlar sosial şəbəkələrdə geniş müzakirə olunub, ictimaiyyət tərəfindən hiddətlə qarşılanıb.

“Xalq artisti köməkçisini təhdid edib, ona hədə-qorxu gəlibsə, cinayət məsuliyyətinə cəlb oluna bilər”. Bu barədə hüquq müdafiəçisi Müzəffər Baxış “Yeni Müsavat”a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu əməli törədən şəxs hətta iki ilədək azadlıqdan məhrum edilə bilər.

Modern.az hüquqşünasın səsləndirdiyi fikirlərə, həmçinin xalq artistinin ittiham dolu açıqlamlarına əsaslanaraq məsələyə Daxili İşlər Nazirliyindən münasibət öyrənməyə çalışıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı məsələyə münasibət bildirməkdən yayınaraq “bizi bu məsələyə qatmayın”,-deyə xahiş etdi (red:xahişi nəzərə alaraq xidmətin əməkdaşın adını qeyd etmirik).

“İlhamə Quliyeva nə deyir, hansı açıqlamanı verir, özü bilər. Daxili İşlər Nazirliyi olaraq hər deyilənə, hər səslənən ittihama cavab vermək məcburiyyətində deyilik və belə bir öhdəliyimiz yoxdur”.

DİN rəsmisi “Hüquqşünas həbsdə olan şəxsin dediklərində cinayət tərkibinin olduğunu deyib” fikirlərinə cavab olaraq Baş Prokurorluğa müraciət edin, bizi məsələyə qatmayın,  bizim bütün sualları cavablandırmaq kimi bir öhdəliyimiz yoxdur” deyib.

DİN rəsmisinə xatırlatmaq istəyirik ki, hazırda Azərbaycanda sosial şəbəkədə yazdığı bir cümləyə görə, məsuliyyətə cəlb edilənlər var. Sizsə bu boyda hadisəni görməzdən gəlirsiniz...

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza