Modern.az

Sağlam ailə sağlam cəmiyyət...

Sağlam ailə sağlam cəmiyyət...

3 Fevral 2016, 15:22


Dürdanə Tahirli

Ailə Azərbaycan cəmiyyətinin əsas sütunarından biridir. Bu toplumun idarə olunması məhz ailə institutu ilə sıx bağlıdır.

Necə deyərlər, sağlam ailə sağlam cəmiyyət deməkdir. Lakin, bu bizim üçün belə deməkdir. Bir cox Avropa cəmiyyətləri üçün insan, fərd, vətəndaş önəmlidirsə, bizim üçün ailə, nəsil. əsil-nəcabət önəmlidir. Lakin bu gün, istər statistika istərsə müşahidələr onu göstərir ki,  Azərbaycan ailəsi bu mərhələdə   cox ciddi problemlərlə üzləşib. Aparılan sorğuların çoxusu belə bir təəsürat ki,  bu problemlərin əsasını maddi cətinliklər və sosial problemlər təşkil edir. əslində isə bu məsələnin yalniz görünən tərərfləridi. Məsələnin tarixi, sosial-psixoloji təhlilləri bu problemərin bir cox vacib faktorlara bağlı olduğunu göstərir. 

...əslində Azəraycan ailəsinin problemləri  məhz sovet dönəmində müşahidə olunan aldadıcı Renesansdan başladı. Bütün inqilablar kimi kommunistlərin inqilabıda mövcud olanı ən qısa zamanda dağıdıb yenisi ilə əvəz etməyə bağlı idi. Elə Azərbaycan ailsi də bu cür kobud rekonstruksiyaya məruz qaldı.

...inqilabdan öncə Azərbaycan ailəsi dini, mental, milli təfəkkür, gurur, qeyrət, türk əxlaqından qaynaqlanan bir cox prinsiplərə əsasən qurulurdu. Ailənin əsas vəzifəsi isə bütün mövcud dini və etnik ənənələrin qorunmasını təmin etmək idi. Var olan ailənin ən boyük xeyri topluma ötürə biləcəyi əminlik . hüzur hissi idi. Bu gözəl milli ailə modelinin gücü imana, inama, qorxuya, fədakarlıq romantikasına bağlı idi. Bu cür ailələrdə bizim saysız-hesabsız ictimai, elm, sənət xadimlərimiz yetişdi və Vətənə, millətə sədaqətlə xidmət etdi. Bu konteksdə ailə və sevgi anlayışları fərqli qütblərdə yer alırdı. Sevgi bir abstrakt anlam olduqu ücün real ailə ocağına faktiki oaraq uduzurdu.Sevgi daha cox ədəbiyyat sahəsində özunu biruzə verirdi.

...Sovet idarəçilik sisitemi qurulduqdan sonra dinin məqsədyönlü şəkildə ğözdən salınması, ənənələrin isə inkişafı gecikdirən amil kimi qələmə verilməsi nəticəsində ailənin əsas sütunları laxladı...və süni şəkildə kommunist ideologiyasına,  kollektivləşmə siyasətinə dirənən yeni suni sütunlar secildi. Beləliklə, süni prinsiplərə sökənən süni ailə modeli yaradıldı və tez bir zamanda sovet təbliğat maşını işə salinaraq bu ailənin ən gözəl şəkildə təbliğatı başlandı. Bu təbliğat nümunələr əsasında istər sənətdə, kinoda, ədəbiyyatda aparılırdı. Nəticədə sovet Azərbaycan ailəsi ailə nümunəsinə cevrildi, qadin və kişi eynihuquqlu şəkildə bu ailenin inkişafina, uğurlarına imza atdilar. Satirik ifadede səslənən kimi “əl-ələ verib getdilər mikrorayon tikmeye”. Bu aile güclü sosial instituta cevrilməklə yanaşı mənəvi planda da milli-mənəvi dəyərlərlə zənginləşdi.

Çətinliklərlə, itkilərlə dolu repressiya illəri,  müharibə illəri bizim ailələr ücün əsl imtahana çevrildi. O imtahana ki, ailəmiz burda yüksək mənəviyyat nümunəsi sərgilədi, yaddaşlara həkk olundu, vəsf edildi.   Dul qalmış nənələrimizin  bütün çətinliklərə rəğmən qeyret-namusla, halallıqla öz övladlarını böyütmələri haqda hər birimiz fəxarət hissi ilə danışırıq. O zaman artıq sərbəst şəkildə kollektivdə işləyib öz halal çörəyini qazanmaq imkanı olan nənənlərimizin dolanışıq üçün Şəriət qanunuyla mütləq ikinci dəfə ailə qurmasına ehtiyac qalmamışdı. Kollektivdəki, cəmiyyətdəki mehriban münasibət isə bu insanlar ücün mənəvi təskinlik və dəstək idi.

...Sovetlər İttifaqı inqilabla yaradıldığı kimi elə inqilab yolu ilə də dağıldı ...

Həyatın bütün sahələrində mövcud sxem və modellər sosial-iqtisadi, siyasi əsasını itirdikdən iflasa uğradı. Beləliklə, cəmiyyətdə, ictimai fikirdə xaos müsahidə olunurdu ...Azərbaycan ailəsi ücün yeni sınaq mərhələsi başladı. Və bəlkədə bu başlanğıcla bir cox sonlar da  başladı. Beləki, suni ailə modeli bu xaos və ümidsizlik, dəyərsizləşən dəyərlər fonunda tab gətirə bilmirdi...etrafda baş verənlər, milli azadlıq hərakatı,  müharibə,  insanların yurd-yuvasından, coxlarının isə illərlə çalışdığı iş yerindən uzaqlaşdırılması mənəvi böhranı daha da kəskinləşdirirdi...bundan başqa Avropa və Amerika heyat tərzi ilə tanışlıq, o həyat tərzinin verə biləcəyi sərbəstlik və azadlıq cəzabisi bu durumu daha da mürəkkıbləşdiridi.

Müharibənin davamında itkilərimiz artdıqca  əvvəlki qəhramanlıq eyforiyası da azalmağa başladı...

Azərbaycan ailəsinin sütunu olan tapinmaqa layiq kisi obrazı gözdən düşürdü...işsizlik nəticəsində Kişi ailənin təminatşısı mövqeyini də itirirdi. Bir cox hallarda qadın tek başına ailəni dolandırmaq məcburiyyətində qalırdı. Bəzi hallarda isə Kişi ailəsini dolandırmaq üçün illərlə ailəsindən kənarda yaşamaq məcburiyyətində qalırdı (üz tuturdu ya Rusiyaya, ya Qazaxstana, ya Türkiyəyə). Bütün bunlar bir cox saysız-hesabsız ailədaxili münaqişələrə səbəb oldu. Bir cox hallarda qadın qınaq obyektinə cevrilirdi...

arqument olaraq müharibə illəirində nənələrimizin tək başına qalsalarda ərinə, hətta onun ruhuna belə sədaqətlu qala bilmələri, övladlarının hər zaman ataları ilə fəxr etmeyi oyrətməyi və bunu öz nümunəsi ilə təsdiq etməsi göstərilirdi. Lakin, bu qadın artıq o qadin deyil. Müasir Azərbaycan qadını sərbəstliyi dadmış, özünə güvənən bir qadındır. Bu cür qadının yoldaşına büt kimi tapinması isə tebii ki mümkünsüzdür. Artıq bu qadın ata ocağında gəlinlikdə ayrılanda “get və er evindən bir daha kəfənə bürünmüş meyitin cıxmalıdır” kimi nəsihətlərdə eşitmir, cünki insanın hər zaman secim hüququnun olması artıq hər kəsə aydındır. Və cəmiyyətin müasir qadından bu tapinmanı gözləməsi, bunun xilasedici faktor olaraq dəyərləndirməsi absurd və mənasızdır. Bu məsələdə nostalji hisslərə qapanmamiz bizə cox ciddi problemlər yaradır və yaradacaq...

...Bizim müasirliyimiz vizual cərcivə ilə məhdudlaşmaqda davam etsə bu da bizim milli fəlakətimizə cevrilə bilər. Müasirlik tefekkürdən başlanmalı və heyat tərzində özünü biruzə verməlidir. Dünyaya baxış cərcivəmiz dəyişməsə təbii ki, cox mənzərələr eybəcər görünəcək...və bu eybəcərlik fonunda Azərbaycan ailəsi ilə bağlı ümidsizlik daha da artacaq. Bundan başqa, bir cox müqəddəs anlayışların ali zirvədən salindiğı dövrdə ailənin müqəddəslik prizmasından təqdimatı da cox süni görünür və bunun hec bir real nəticə vermeyəcəyi tam aydındlr. Cox təəsüf ki, bu gün cəmiyyətimizdə müşahidə olunan şoupərəstlik ailə məsəsləsinə də siraət edir. Xüsusən, KİVlər öz maddi manefeleri xətrinə ailə münaqişələrindən şou, görüntü yaradaraq  ailəni bir az da gözdən salırlar.

Və təbii ki, internetin heyatımızda artan rolu, virtual ünsiyyətin üstünlük təşkil etməsi bu məsələdə cox ciddi dağıdıcı rol oynayır. Artıq həyat yoldaşı yeganə sirdaş deyil... Acılan istirahət mərkəzləri, kafelər, restoranlar ailənin hər bir üzvü ücün tekbaşına vaxt kecirmək imkanı  yaradır. Beləki, əgər əvvəllər bir cox bayram və bayram ehvalli günlər məhz evdə, ailədə qeyd olunurdusa indi daha cox restoran və şadlıq saraylarında qeyd olunur. Və hətta qadın və kişı bu cür günləri ayrılıqda öz dostlarının əhatəsində kecirməyə üstünlük verir. Təbii ki bu cür faktorlar heddindən artıq coxdur. Lakin biz uduzmamaliyıq...biz bu faktorların üzərinə getməyi bacarmaliyıq...boğulsaqda...tənginəfəs qalsaqda ümidsiz olmamalıyıq...Müasir dünyanın yeniliklər okeanına baş vurmasaq okeanın sahiline vara bilmeyeceyik...bizi bizdən yaxşı kimsə bilməz...nəyi dünəndə qoyub nəyi sabaha aparacağımızı da biz qərar verməliyik...

Lakin nə gədər dərin üzsək də ailəyə bir əmanət kimi baxaraq onu mütləq yeni, gozəl, müasir gələcəyimizə catdirmalıyıq....!!!  

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza