Modern.az

Azərbaycanın diaspor fəalı İstanbulda intihar edib

Azərbaycanın diaspor fəalı İstanbulda intihar edib

3 Fevral 2016, 15:43



İstanbul Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Abbas Murad Danışmalı bu gün İstanbulda intihar edib.

Modern.az-ın məlumatına görə, bu barədə APA-ya dərnəyin sədri Səfər Qaraqoyunlu bildirib. Onun sözlərinə görə, A. M. Danışmanlı bu gün səhər yeməyini yedikdən sonra özünü 6-cı mərtəbədə yerləşən evinin pəncərəsindən atıb. Hadisə baş verən vaxt onun həyat yoldaşı da evdə olub.

Səfər Qaraqoyunlunun sözlərinə görə, 64 yaşlı Abbas Murad Danışmalı bir müddətdir, psixoloji problemlərinə görə müalicə alırmış. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza