Modern.az

Hərbçilərə pulsuz mənzil verilsin, kirayəpulu dövlətə qalsın - TƏKLİF

Hərbçilərə pulsuz mənzil verilsin, kirayəpulu dövlətə qalsın - TƏKLİF

3 Fevral 2016, 16:26

Bu gün Azərbaycanda gənc ailələrin böyük hissəsi mənzil problemi ilə üz-üzədir. Bu qəbildən olan hərbiçilər isə heç dövlət tərəfindən təklif edilən ipoteka kreditlərindən də yararlana bilmirlər.

Buna görə də hərbi sahədə çalışanlar hətta tərxis olunduğu dövrdən sonra belə yeni işə başlaya bilmədiklərindən problemlə üz-üzə qalırılar.

Xatırladırıq ki, Prezident İlham Əliyevin 20 ildən çox hərbi sahədə çalışanlarla bağlı mühüm fərmanı var. Amma nəzərə alaq ki, fərmanla cəmi 380 nəfərə qədər zabit mənzillə təmin olunub. Bu sahədə çalışanların ümumi sayı minlərlədir...  

Hərbi ekspert Üzeyir Cəfərov Modern.az saytına problemin olduğunu və tez bir zamanda həll olunmasının vacibliyini vurğulayıb: “Onsuz da dövlət büdcəsindən kirayədə yaşayan hər bir zabit üçün vəsait ayrılır.

Mən bəzi məmurlarımızın addımlarını anlaya bilmirəm. Bu pul onsuz da ayrılır. Biri var kimlərinsə cibinə getsin, biri də var elə dövlətin özünə qalsın. Hərbiçi onsuz da 20-25 il xidmətdədir. Niyə onlara ipoteka ilə, faizsiz mənzillər təklif edilməsin, yaxud dövlət hesabına mənzillər alınmasın?

Əlbəttə, söhbət evlərin təmənnasız verilməsindən getmir. Yaxşı olar ki, hərbiçilərə dövlət hesabına ev verilsin. Kirayə pulu olaraq hərbiçilərə verilən pul isə alınan mənzilə görə dövlət büdcəsinə yatırılsın”.

 Ü.Cəfərov bildirib ki, nəticədə həm zabit, gizir, müddətdən artıq xidmətdə olan hərbi qulluqçu evlə təmin olunar, həm də dövlətin vəsaiti kənara getməz, ən başlıcası isə hərbçi ailəsindən yana rahat olar:

“Bu gün orduda ən böyük problemlərdən biri mənzil məsələsidir.   Əminəm ki, gec-tez bu məsələyə qayıdacağıq və məsələ mütləq öz həllini tapmalıdır. Bizim zabit və gizirlərimiz üçün belə təkliflərin reallaşdırılması vacibdir. Burda həm dövlət udar, həm də onun qoruyucusu olan hərbiçisi”.  

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza