Modern.az

BMT-nin Suriya danışıqları uğursuzluqla bitdi - Rusiyaya görə

BMT-nin Suriya danışıqları uğursuzluqla bitdi - Rusiyaya görə

4 Fevral 2016, 10:27


BMT bayrağı altında İsveçrənin Cenevrə şəhərində Suriya münaqişəsi ilə bağlı başlanan danışıqlar yarımçıq dayandırılıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT Baş katibinin Suriya məsələri üzrə elçisi Stefan de Mistura baş verənlərin “uğursuz” adlandırılmasına qarşı çıxıb və sadəcə tərəflərin 25 fevrala qədər fasilə götürdüyünü deyib.

Suriya hökumətini danışıqlarda təmsil edən Bəşər Cəfəri isə de Misturanın danışıqları dayandırmasını Suriya müxalifətinin Cenevrəni tərk etməsi ilə əlaqləndirib.

Suriya müxaligətinin Danışıqlar üzrə Ali Komitəsinin rəhbəri Səlim əl-Muslət isə danışıqların uğursuzluqla başa çatmasını Rusiya aviasiyasının hələ də onların mövqelərini bombalamasında görüb.

“Fevralından birindən Suriyada kütləvi qətllər başlayıb. Dünya birliyi isə buna göz yumur”.

Qərb mətbuatının fikrincə, danışıqlara əsasən mane olan Rusiya prezidenti Vladimir Putindir. “Financial Times” yazır ki, Suriya danışıqları başlayan gün rus təyyarələri Şeyx-Miskin şəhərini əsaslı şəkildə bombalayaraq, yüzlərlə dinc sakinlə yanaşı, müxalifət döyüşçülərinin də ölümünə səbəb olmuşdu.

Bundan başqa, Türkiyə, Səudiyyə Ərəbistanı, İran İnqilabının Mühafizəsi Korpusu və Hizbullah da Suriyada yekun sülhün əldə olunmasına mane olurlar.

Vüqar İsmayılov 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza