Beynəlxalq Jurnalistlər Birliyi (İFJ) 1990-2015-ci illər ərzində dünyada öldürülən jurnalistlərlə bağlı geniş araşdırma aparıb. Modern.az təşkilata istinadən xəbər verir ki, Azərbaycanda son 25 ildə 14 jurnalist zorakı ölümün qurbanı olub.
Onlardan sonuncusu 2015-ci ilı avqustun 9-da Bakıda döyülərək, öldürülən Rasim Əliyev olub. Ümumlilikdə, 2015-ci ildə Avropada 16 jurnalist həlak olub.
Onlardan 1-i Azərbaycandan (Rasim Əliyev), 11-i Fransadan (“Charlie Hebdo” jurnalının kollektivi), 1-i Polşadan (Lukaş Moziak), 1-ci Türkiyədən (Naci Şerf) və 2-si Ukraynadan (Oles Buzin, Sergey Nikolayev) olub.
Vüqar İsmayılov