Bakı Dövlət Universitetinin Jurnalisika fakültəsinin dekanı, professor Şamil Vəliyevin vəziyyəti hazırda yaxşıdır. Bu barədə Modern.az-a açıqlamasında fakültənin dekan müavini Əli Hacıyev məlumat verib. O qeyd edib ki, Şamil Vəliyev hələ də reanimasiyadadır, sabah palataya köçürüləcək.
“İnsult keçirib. Onda hər zaman qan təzyiqi yüksək olurdu. Bundan qaynaqlandı. Vəziyyəti yaxşıdır. Hazırda Mərkəzi Klinik Xəstəxanada müalicə alır”.
Qeyd edək ki, BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev iki gün əvvəl insult keçirib və təcili olaraq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Şamil Vəliyev 2012-ci ildən Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin dekanıdır.
Aytən ZƏHRA