Modern.az

Quzey Kıbrısın yeni təmsilçisi artıq Bakıda - FOTO

Quzey Kıbrısın yeni təmsilçisi artıq Bakıda - FOTO

4 Fevral 2016, 11:54

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (QKTC) Azərbaycana yeni təyin olunmuş təmsilçisi  Ufuk Turqaner artıq bir neçə gündür Bakıdadır. Səlahiyyət müddəti başa çatan əvvəlki təmsilçi Sadəttin Topuqçu isə ötən həftə Kıbrısa dönüb.

Turkustan.info xəbər verir ki, yeni təmsilçi Ufuk Turganer yeni təyinata qədər  QKTC İşlər Nazirliyinin Konsulluq İşləri müdiri vəzifəsində çalışıb.

 Ufuk Turqaner 1974-cü ildə Quzey Kıbrısda -  Lefkoşada doğulub. Doğu Akdeniz Universiteti beynəlxalq əlaqələr fakültəsindən 1996-cı ildə məzun olub. 1997-ci ildə İngiltərədə Nottingham Universitetində beynəlxalq əlaqələr üzrə müdafiə edib. Xarici İşlər Nazirliyində 1997-ci ildən fəaliyyətə başlayıb, sonra QKTC-nin Brüssel təmsilçisi kimi diplomat fəaliyyətinə davam edib.

Ufuk xanım evlidir, iki uşaq anasıdır.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza