Modern.az

Londonda İlham Əliyevin də iştirakı ilə “Suriyaya və regiona dəstək” konfransı keçirilir

Londonda İlham Əliyevin də iştirakı ilə “Suriyaya və regiona dəstək” konfransı keçirilir

4 Fevral 2016, 13:52


Londonda “Suriyaya və regiona dəstək” donor konfransı başlayıb.

APA-nın məlumatına görə, tədbir Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və BMT-nin birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Dövlət başçısı BMT-nin baş katibi Pan Gi Mun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeron, Almaniya kansleri Angela Merkel, Norveç Krallığının baş naziri Erna Solberq və Küveyt Dövlətinin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə tədbirə qatılıb. 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza