Modern.az

“Ermənistan tərəfi ən iyrənc üsullardan istifadə edir”

“Ermənistan tərəfi ən iyrənc üsullardan istifadə edir”

4 Fevral 2016, 14:21

“Ermənistan mətbuatının Gürcüstan-Azərbaycan  və Gürcüstan-Türkiyə  münasibətlərini pozmaq cəhdləri qətiyyən dayanmır”. Modern.az xəbər verir ki, bu barədə Modern.az-a Milli Məclisin deputatı Musa Qasımlı deyib. O qeyd edib ki, Ermənistan tərəfi bunun üçün ən iyrənc üsullardan istifadə edir.

“Belə iyrənc üsullardan biri Gürcüstan vətəndaşı olan üç azərbaycanlının Türkiyədə qətlə yetirilməsi haqqında məlumatın Ermənistan KİV-ləri tərəfindən təqdim edilməsi forması oldu. Ermənistan mətbuatı öldürülənləri “Gürcüstan vətəndaşları” və ya “Gürcüstan vətəndaşı olan azərbaycanlılar” kimi deyil, “gürcülər” kimi təqdim etdi. Öldürülənlərin azərbaycanlı olmaları faktını “unutdu””.

Deputat qeyd edib ki, məlumatın bu şəkildə təqdim edilməsində başlıca məqsəd az məlumatlı gürcülərdə ictimai rəyi çaşdırmaq  və antitürk əhval-ruhiyyəsini qızışdırmaq idi.  Ermənistan mətbuatı bir daha özü öz üslubu ilə təsdiq etdi ki,  erməni dairələri daim qan üstündə qurduqları idbar siyasəti bu gün də davam etdirirlər. Hesab edirəm ki, bizim KİV-lər kifayət qədər ehtiyatlı olmalı və onların belə üsullarını zamanında ifşa etməlidir”.

Xatırladaq ki, Gürcüstan vətəndaşları - 52 yaşlı Ema Şərifova, 46 yaşlı bacısı Elnaz Şərifova və 19 yaşlı nəvəsi Sahib Şərifovun meyitləri yaşadıqları evdən tapılıb. İki bacı və gəncdən üç gün xəbər olmayıb. Türkiyə vətəndaşı Sərvət Öztürk 1 il əvvəl boşandığı keçmiş həyat yoldaşı Ema Şərifovadan xəbər çıxmadığı üçün evə gedib. Lakin qapını açan olmayıb. Sərvət Öztürk qapını sındıraraq içəri girib. O, bir otaqda Ema və Elnaz Şərifova bacılarının, başqa bir otaqda isə Sahib Şərifovun meyitlərini aşkarlayıb. Məlum olub ki, Ema Şərifova və nəvəsinin boğazı kəsilib, Elnaz Şərifova isə boğularaq öldürülüb.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza