Modern.az

Məkkədəki kran faciəsinə görə 40 nəfər mühakimə olunacaq

Məkkədəki kran faciəsinə görə 40 nəfər mühakimə olunacaq

4 Fevral 2016, 14:27


2015-ci il sentybarın 11-də Məkkənin Qapalı məscidində baş verən kran qəzası ilə bağlı 40 nəfər məhkəmə qarşısına çıxarılacaq.

Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, ittiham olunan şəxslər arasında podratçı Saudi BinLaden Group şirkətinin 30 əməkdaşı da var.  

Səudiyyə Ərəbistanı Prokurorluğu həmin şəxslərin tikinti işləri zamanı səhlənkarlığa yol verdiyini və qanunla cəzalandırılmasını istəyir. Hesab olunur ki, kranın aşması güclü külək və onun dayanıqlığının kifayət qədər olmaması ilə bağlıdır.  

Dünyanın keçmiş 1 nömrəli terrorçusu Usəma Ben Ladeinin ailə üzvlərinə məxsus Saudi BinLaden Group məscidinin genişləndirilməsi işlərini aparırdı.

14 milyardlıq layihə Qapalı məscidin ərazisində 2,2 milyon zəvvarın yerləşməsinə yardımçı olmalı idi. Sentyabrın 11-də baş verən faciə zamanı 109 nəfər həlak olmuş, 230 nəfər isə xəsarət almışdı.  

Vüqar İsmayılov        

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza