Modern.az

Ermənistan “bomj”larının sayı açıqlandı

Ermənistan “bomj”larının sayı açıqlandı

4 Fevral 2016, 14:28


Ermənistanın "Haykakan Jamanak" qəzeti qışın ən soyuq dövründə Yerevanda olan kimsəsizlər haqqında araşdırma aparıb. Məlum olub ki, şəhərin küçələrində 400-ə qədər kimsəsiz insan var və onlardan 103 nəfəri kimsəsizlər üçün müvəqqəti yataqxanalarda yaşayır.

Modern.az saytı xəbər verir ki, yataqxananın direktoru Şavarş Xaçatryanın dediyinə görə, küçələrdəki 300 nəfər kimsəsizi yerləşdirək üçün imkanları yoxdur.

“Onlar axşamlar əsasən Vazgen Sərkisyan adına stadionun yanında, Dəmiryolu  vağzalında, metronun "Bareqamutyan" stansiyasının keçidlərində olurlar. Metro bağlandıqdan sonra isə "Kiyev" körpüsünün altında gecələyirlər".
 
Qeyd edək ki, imsəsizlərin əksəriyyəti içki aludəçisi olduğundan, onları yataqxananın və evlərin kandarına belə, yaxınlaşmağa qoymurlar.

İsmayıl Tanrıverdi
BDU-nun əməkdaşı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza