Gürcüstanın energetika naziri Kaxa Kaladze bu gün Bakıya gəlib.
Modern.az saytı Gürcüstan mətbuatına istinadən xəbər verir ki, nazir Bakıda bir sıra müzakirələr aparacaq.
Qeyd edək ki, Gürcüstan parlamentinin azərbaycanlı deputatı Əli Məmmədov Modern.az-a açıqlamasında bildirmişdi ki, energetika naziri Kaxa Kaladze SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə görüşəcək.Görüşlərdə əsas mövzunun Gürcüstanın Azərbaycandan alacağı qazın həcmi ilə bağlı olacağı gözlənilir.
Modern.az