Beynəlxalq Futbol Federasiyası (FİFA) dünya ölkələrinin yenilənmiş reytinqini açıqlayıb.
Modern.az təşkilatın saytına istinadən xəbər verir ki, yeni reytinqdə Azərbaycanın milli yığması 296 xalla 116-cı yerdə qərarlaşıb. Keçmiş sovet respubliakalarından Rusiya 23-cü (895 xal), Ukrayna 27-ci (842 xal), Belarus 67-ci (514 xal), Özbəkistan 71-ci (489 xal), Estoniya 88-ci (379 xal), Latviya 100-cü (338 xal), Qırğızıstan 105-ci (324 xal), Gürcüstan 120-ci (286 xal), Ermənistan 123-cü (285 xal), Litva 128-ci (274 xal), Qazaxıstan 131-ci (266 xal), Tacikistan 148-ci (196 xal) və Moldova 155-ci (170 xal) pillədə qərar tutub.Dünya reytinqinə Belçika (1494 xal), Argentina (1455 xal), İspaniya (1370 xal), Almaniya 91347 xal) və Çili (1293 xal) başçılıq edir.
Vüqar İsmayılov