Vəkili teleaparıcı İlham Mirzəyevin həbsxanada iflic olması xəbərinə aydınlıq gətirib. Onun hüquqlarını müdafiə edən Telman Abdiyev Modern.az saytına deyilənlərin şayiə olduğunu vurğulayıb:
“İlham Mirzəyevin səhhəti ilə bağlı heç bir şikayəti və problemi yoxdur. Onun həbsxanada iflic olması barədə yayılanlar həqiqəti əks etdirmir”.
“Qafqazinfo”nun bu gün müğənni Xəyyam Nisanova istinadən yaydığı xəbərdə İlham Mirzəyevin iflic olduğu, bədənin sol tərəfinin işləmədiyi deyilirdi.
Gülşən RAUFQIZI