Modern.az

Yanvar ayında BTC vasitəsi ilə nəql olunan neftin həcmi AÇIQLANDI

Yanvar ayında BTC vasitəsi ilə nəql olunan neftin həcmi AÇIQLANDI

4 Fevral 2016, 16:33


2016-cı ilin yanvar ayı ərzində  Bakı-Tbilisi-Ceyhan (BTC)  əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 288 min 590 ton Azərbaycan nefti nəql olunub.

SOCAR-ın mətbuat xidmətindən Modern.az saytına verilən görə, ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il fevral ayının 1-ə qədər BTC-yə 294 milyon 963 min 979 ton neft vurulub.

 Bundan başqa, 2016-cı ilin yanvar ayında BTC kəməri ilə 358 min 533 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.  

Gülşən RAUFQIZI  

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza