Modern.az

Qarabağ veteranlarının sədri: “Hərbçilərə daimi ev, faizsiz ipoteka kreditləri verilməlidir”

 Qarabağ veteranlarının sədri: “Hərbçilərə daimi ev, faizsiz ipoteka kreditləri verilməlidir”

4 Fevral 2016, 16:37


“Hərbçilərin təminatı elə şəkildə olmalıdır ki, onlar yalnız xidmət və vətəni müdafiə haqqında düşünməlidirlər. Onlar ev və digər bu kimi problemlər haqqında fikirləşməməlidirlər”.

Bu sözləri Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev  Modern.az saytına açıqlamasında söyləyib.

Birliyin sədri bildirib ki, hərbçilər cəmiyyətdə daha yaxşı yaşamağa layiq insanlardır:

“Hərbçilər cəmiyyətin vacib, mühüm sosial təbəqəsi olduğuna və daha çox əziyyət çəkdiklərinə görə onlar ən yaxşı yaşama, ən yaxşı sosial rifaha layiqdirlər.

Onlar ipoteka ilə, xidmət müddəti ərzində daimi evlərlə təmin edilməlidirlər. Çünki xidmətə başlayan gənc zabit bilməlidir ki, artıq onun ev problemi yoxdur”.

Keçmiş döyüşçü Füzuli Rzaquliyev deyib ki, xarici ölkələrdə təqaüdə çıxan hərbçilərə yüksək məbləğdə birdəfəlik pul da verilir :

“Türkiyədə və digər xarici ölkələrdə hərbçilərə təqaüdə çıxdıqları zaman kifayət qədər pul vəsaiti verirlər. Bu vəsaitlə də təqaüdə çıxan zabitlər ev ala bilirlər. Amma bizdə belə təcrübə yoxdur. Hərbçi 20-25 xidmət edib, əziyyət çəkib evsiz qalmalı deyil.

İpoteka kreditləri də hərbiçilərə faizsiz verilməlidir. 20-25 qüsursuz xidmətə görə evlər verilir. Amma verilən ipoteka kreditlərində faiz ləğv edilməlidir”.

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza