“Yasamal rayonunda, “Nizami” metrostansiyasının yaxınlığında zədələnən su borusu kanalizasiya xətti deyil”. Modern.az xəbər verir ki, bu abrədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. O qeyd edib ki, zədələnən boru metroda toplanan qrunt sularını kənarlaşdırmaq üçün çəkilmiş 200 mm-lik qrunt suları xəttidir.
“B.Məcidov küçəsində aparılan yenidənqurma işləri zamanı xətdə qəza baş verib. Yasamal Sukanal İdarəsi tərəfindən qəza aradan qaldırılıb. Qəza nəticəsində ətrafa axan sular qrunt suları olub”.
Qeyd edək ki, bu gün “Nizami” metrostansiyanın yanında yerləşən kanalizasiya xəttinin sıradan çıxması barədə xəbər yayılıb. Bildirilib ki, saatlarla axan su bütün ətrafa yayılaraq gediş-gəlişi çətinləşdirib.
Aytən ZƏHRA