Kiyev şəhər administrasiyasının turizm idarəsi 2015-ci ildə şəhərə gələn əcnəbi ölkə vətəndaşlarının statistikasını açıqlayıb.
Modern.az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir.
Tturizm idarəsinin rəhbəri Anton Taranenko geridə qoyulan ildə 1 milyon 50 min turistin Kiyevə gəldiyini və onlar arasında birincliyin Rusiya vətəndaşlarına (166 min 300 nəfər) məxsus olduğunu deyib.
2-ci pillədə İsrail (114 min nəfər), 3-cü pillədə Türkiyə (40 min 800 nəfər) və 4-cü pillədə isə Azərbaycan vətəndaşları (39 min 800 nəfər) yer alıb.
Vüqar İsmayılov