“Bu günə qədər Türkiyə kökuməti nə üzr istədi, nə də yaşanan hadisəni kompensasiya etməyə cəhd göstərdi”. Modern.az saytı Anspress-ə istinadən xəbər verir ki, bunu italiyalı jurnalistlərə açıqlama verən Rusiyanın xarici İşlər naziri Sergey Lavrov bildirib.
O, qeyd edib ki, ”Ankara bu hərəkəti ilə Rusiya Federasiyasına qarşı bənzəri görünməyən bir meydan oxudu. Bu cür hərəkətlərin rus-türk münasibətlərinə təsir etməsi qaçılmaz idi. Türkiyə etibarımızı ciddi şəkildə zədələdi. Nəticə etibarı ilə iki ölkə arasında iş birliyi bir çox sahədə dayandırıldı. Bu günə qədər isə qarşı tərəf rəhbərliyindən nə üzr, nə kompensasiya etmək cəhdləri, nə də günahkarları cəzalandırmaq istəyi gördük.
Rusiya dəfələrlə Türkiyədə terror təhlükəsinin böyüməsi və türk hökumətinin terrorla mübarizdə işbirliyi etməyə hazır olmaması səbəbi ilə duyduğu narahatlığı dilə gətirib.
Lakin bizim çağırışlarımıza rəğmən Ankara bölgədə fəaliyyət göstərən terror təşkilatlarına qatılmaq üçün Yaxın şərq və Şimali Afrikaya gedən vətəndaşların ələ keçirilməsi və Rusiya federrasiyasına təslim edilməsində işbirliyi etməkdən boyun qaçırır”, - deyə nazir bildirib.
İki ölkə arasında vəziyyətin gərginləşməsinə səbəb ötən ilin noyabr ayında Rusiyaya məxsus Su 24 təyyarəsinin Türkiyə-Suriya sərhədində Türkiyə tərəfindən vurulması olub. Bundan sonra Rusiya Türkiyəyə qarşı bir çox sahədə sanksiyalar tətbiq edib.
Modern.az