Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin həyatının son dəqiqələrinin əks olunduğu video yayılıb. Modern.az xəbər verir ki, həmin videoda indiyədək heç kimin görmədiyi görüntülər yayılıb.
Yayılan videoda Qəddafinin qiyamçılar tərəfindən döyüldüyü, işgəncəyə məruz qaldığı əks olunub. Qərb KİV-lərində yayılan bu görüntülər dünya ictimaiyyəti tərəfindən tənqid olunub.
Qeyd edək ki, Müəmmar Qəddafi 2011-ci ilin oktyabr ayının 20-də doğma şəhəri Sirtanın yaxınlığında Liviyanın Keçid Şurasının döyüşçüləri ilə atışmada öldürülüb.
Modern.az