Modern.az

Tovuzlular deputata “Azəriqaz”dan şikayət etdilər

Tovuzlular deputata “Azəriqaz”dan şikayət etdilər

5 Fevral 2016, 00:25

 

Millət vəkili  Qənirə  Paşayeva Tovuzda kənd sakinləri  ilə görüşüb,  qayğı və  problemləri ilə maraqlanıb. Modern.az saytı xəbər verir ki, bir çox xəstələrlə görüşən millət vəkili Q.Paşayeva onların müalicələri ilə maraqlanıb, bəzilərinin  daha  yüksək  səviyyəli  müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. 

Bir sıra seçicilərin millət vəkili  ilə görüşdə  ünvanlı  sosial yardımla və əlilliyə görə pensiya ilə bağlı müraciətləri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayondakı qurumları ilə müzakirə olunub. Seçicilər əsasən  özlərinin və ya ailə üzvlərinin işlə təmin edilməsinə köməklik göstərilməsi, təhsil, səhiyyə, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatının yaxşılaşdırılması, yeni artezian quyularına böyük ehtiyacın olması ilə bağlı fikirlərini bildiriblər, müzakirərlər aparıblar. Bir sıra sakinlər  banklarla bağlı yaranmış problemləri, kiçik bir kredit üzündən kəsilən ünvanlı sosial yardımının bərpası istiqamətində də millət vəkilinə müraciət edərək məsələnin həllində dəstək göstərilməsini xahiş ediblər. Eyni zamanda məhkəmələr və məhkəmə qərarlarının icrasının ləngiməsi ilə də bağlı bir sıra müraciətlər olub. Özəlliklə evləri müstəqillik illərindən sonra tikilən yeni küçələrin, məhəllələrin sakinləri evlərinin təbii  qazla təmin edilməsi istiqamətində problemlərlə üzləşdiklərini, bir millət vəkili olaraq bu sahəyə cavabdeh qurumlarla danışaraq  onların  üzləşdiyi  problemu bir daha diqqət mərkəzinə çatdırmağı xahiş ediblər. 

Bu məsələni “Azəriqaz” rəhbərliyinin  diqqətinə çatdırdığını, yeni evlərlə bağlı Milli Məclisdə bir neçə dəfə çıxış etdiyini deyən millət vəkili Qənirə Paşayeva sakinlərin xahiş və təkliflərini təkrar “Azəriqaz”  rəhbərliyi ilə danışaraq köməklik göstərilməsi istiqamətində xahiş edəcəyini deyib. 

Millət vəkili bir sıra vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə  bağlı qeydlər apararaq,  həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.

Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib.

Seçiciləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib.  


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza