Modern.az

Sevinc Babayevanın oğlu tutuldu

 Sevinc Babayevanın oğlu tutuldu

5 Fevral 2016, 00:50

 

Bakıda həyat yoldaşını bıçaqlayıb qaçan şəxs tutulub. Modern.az saytı xəbər verir ki, hadisəni törədəndən sonra qaçan Ayxan Məmmədov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və idarəyə gətirilib.

Belə ki, Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.1 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, xəstəxanaya  təcili yardımla gələn Günay Məmmədova ilkin ifadəsində həyat yoldaşı tərəfindən bıçaqlandığını bildirib.

Hadisəni Binəqədi qəsəbəsi 1-ci mədən korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ayxan Məmmədov törədib. Belə ki, o mübahisə zəmnində həyat yoldaşı Günay Məmmədovaya baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. 

1 saylı Şəhər Klinik Xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyat olunub. Xəstəxanadan bildiriblər  ki, hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.

Hadisəni törədən Ayxan Məmmədovun hadisə yerindən qaçıb.

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbiri keçiriblər. A. Məmmədov saxlanılaraq polis idarəsinə gətirilib.

Qeyd edək ki, A. Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videoların qəhrəmanlarından olan Sevinc Babayevanın oğludur. S. Babayeva "İnterpol" xəttilə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində ürək xəstəliyindən vəfat edib.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza