Modern.az

Aşıq Samirədən etiraf: “O, məni özümə sevdirdi” - FOTOLAR

Aşıq Samirədən etiraf: “O, məni özümə sevdirdi” -  FOTOLAR

5 Fevral 2016, 10:25

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış aşıq Samirə Əliyeva xarici görünüşündə köklü dəyişiklik edib.

Modern.az xəbər verir ki, peşəkar həkim-diyetoloq Tutu Zeynalovanın tərtib etdiyi “Sağlam həyat tərzi” proqramı ilə arıqlayan Samirə, fotokameralar qarşısına keçərək sazı ilə birlikdə maraqlı şəkillər çəkdirib. Saytımıza verdiyi açıqlamasında Samirə ideal bədən çəkisinə qovuşmasından məmnunluqla danışıb:

“Tutu xanımın pəhriz proqramına başlamazdan öncə çəkim 68 kilo idi. Boyumu, yaşımı nəzərə alanda ideal çəkim 56 olmadı idi. 2 ay davam edən pəhriz proqramı müsbət effektini göstərdi. Və mən ideal bədən quruluşuma qovuşdum. Tutu xanım, məni özümə sevdirdi”.

Arıqladıqdan sonra imicində də dəyişiklik edən Samirəyə bu işdə saç ustası - Ağabacı Məmmədova və stilist Şanel Anar köməklik ediblər. Samirənin geyindiyi qara libas özünün ideyası ilə dərzi Aybəniz Əhmədova tərəfindən tikilib.

Fotoların müəllifi Orxan Hüseynovdur.









Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza