Modern.az

Kreditlərə görə sirkə ilə intihar edənlər çoxalıb?

Kreditlərə görə sirkə ilə intihar edənlər çoxalıb?

5 Fevral 2016, 10:32


Manatın 21 dekabr devalvasiyasından sonra rəsmi təsdiqlənməsə də, intihar hallarının artdığı müşahidə edilir.

Dollarla kredit borcu olan vətəndaşların hər ay üçün ödəniş məbləğinin artdığını nəzərə alsaq, faktı təsdiq etmək heç də çətin deyil.

Modern.az saytına daxil olan məlumata görə, krediti ödəyə bilməyənlər arasında sirkə turşusu ilə intihara cəhd edənlərin sayı artıb.

Məsələyə aydınlıq gətirən Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Modern.az saytına açıqlamasında insanların hansı səbəbdən intihara əl atdığının səbəbini bilmədiyini deyib:

“Onlar adətən ailə-məişət zəminində gərginlik yaşandığından bunu etdiklərini deyirlər. Konkret səbəbləri biz bilmirik”.

Toksikoloq deyib ki, bu ilin ilk ayında şöbəyə cəmi 65 nəfər müraciət edib:

“Yanvar ayı üzrə 3 nəfər sirkə turşusundan zəhərlənmə, 5 nəfər isə allergik reaksiya ilə müraciət edib. Sirkə turşusu ilə zəhərlənənlərin 2-si Bakı şəhər sakini, 1 nəfər isə İsmayıllı sakini olub. Ötən ilin dekabr ayında sirkə turşusu zəhərlənməsilə 2 nəfər daxil olmuşdu. Heç bir halda ölüm faktı qeydə alınmayıb”.

A.Maqsudov bildirib ki, müraciət edənlərin əsas hissəsi dəm qazından zəhərlənənlərdir:

“Yanvarda dəm qazından zəhərlənmə ilə 28 müraciət, 24 qəbul olub. Ötən ilin dekabr ayında isə 21 müraciət ,14 qəbul qeydə alınıb. Onlardan da dünyasını dəyişən olmayıb”. 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza