Modern.az

İlham Əliyevin oğlu tələbə yoldaşları ilə - FOTO

İlham Əliyevin oğlu tələbə yoldaşları ilə - FOTO

5 Fevral 2016, 11:31

 

Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin qrup yoldaşları ilə birgə yeni şəkilləri yayılıb.

Azərbaycan Diplomatiya Akademiyasının (ADA) 3-cü kursunda təhsil alan Əliyevin fotolarını tələbə yoldaşları paylaşıb.

Xatırladaq ki, 1997-ci il təvəllüdlü Heydər Əliyev 2013-cü ildə 590 balla Azərbaycan Diplomatiya Akademiyasının beynəlxalq münasibətlər fakültəsinə daxil olmuşdu.

Bundan əvvəl də, prezidentin oğlunun qrup yoldaşları ilə universitetdə və universitetdənkənar asudə vaxtlarında çəkilmiş fotoları yayılmışdı.  

Yerli televiziyalara müsahibəsində Heydər Əliyev oxuduğu təhsil müəssisəsinin xaricdəkilərdən fərqlənmədiyini bildirmişdi.  

O, bəzən boş vaxtlarında dərsdən sonra da qrup yoldaşları ilə birgə universitetdə qaldığını qeyd etmişdi. 


Modern.az    

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza