Modern.az

Azərbaycanda işsizlik müavinəti artırılıb

Azərbaycanda işsizlik müavinəti artırılıb

5 Fevral 2016, 13:13

Nazirlər Kabineti “İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, işsizlik müavinətinin və yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğləri artırılıb.

İndiyə qədər işsizlik müavinətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarının göndərişi ilə peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləği 55 manat miqdarında olub.

Dəyişikliyə əsasən, hər iki məbləğ 75 manat müəyyənləşdirilib. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza