Modern.az

Taleh Bağırovun dəstəsinin 68 üzvü həbs olunub

Taleh Bağırovun dəstəsinin 68 üzvü həbs olunub

5 Fevral 2016, 18:53



Baş Prokurorluq hüquqi qeydiyyatı olmayan “Müsəlman Birliyi” adlı qurumun sədri Taleh Bağırov və qeyrilərinin barəsində  Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaqı aparılan cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidiməti ilə birgə həyata keçirilən tədbirlər barədə açıqlama verib.

Modern.az xəbər verir ki, fevralın 5-də Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirilib ki, T.Bağırov və onun mütəşəkkil cinayətkar dəstə halında rəhbərlik etdiyi qanunsuz qurumun paytaxtla yanaşı, bölgələrdə də təşkilatlanması və silahlanaraq cinayətkar fəaliyyətlə məşğul olmaları müəyyən edilib. Mütəşəkkil dəstənin Bakı şəhəri və ətraf kəndlərdə 57 nəfər, Gəncə şəhəri və digər rayonlarda 11 nəfər fəal silahlı üzvü aşkar olunaraq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Keçirilmiş genişmiqyaslı xüsusi istintaq-əməliyyat tədbirləri nəticəsində həmin mütəşəkkil dəstənin üzvlərindən çoxlu sayda odlu silah, döyüş sursatı, radikal məzmunlu dini ədəbiyyat və sair əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza