Göyçay rayonunda qətl hadisəsi baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ərəbcəbirli kəndi ərazisində qeydə alınıb. Gənclər arasında baş verən kütləvi dava zamanı onlardan biri bıçaq xəsarəti alıb və hadisə yerində ölüb.
Qətlə yetirilənin kimliyi məlum deyil. Onu bıçaqlayan şəxsin 1993-cü il təvəllüdlü kənd sakini Səmədov Əli Azər oğlu olduğu məlum olub və saxlanılıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Ölən gəncin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı Göyçay rayon prokurorluğu tərəfindən araşdırma aparırlar.
Modern.az