Modern.az

Sürücülərə XƏBƏRDARLIQ: Bu yol bağlanır

Sürücülərə XƏBƏRDARLIQ: Bu yol bağlanır

6 Fevral 2016, 10:24

Bakı Dairəvi yolunda köməkçi yol bağlanır.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu gün aparılacaq təmir işləri ilə əlaqədar olaraq Baki Dairəvi-1 Avtomobil yolunun "Şamaxinka" deyilən əraziyə doğru olan istiqaməti üzrə köməkçi yolla nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır.   

Təmir işlərinin axşam saatlarınadək aparılması nəzərdə tutulub. Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.  

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza