Modern.az

Bir ayda 30 kişi ilə görüşə gedən qız

Bir ayda 30 kişi ilə görüşə gedən qız

5 Fevral 2016, 19:58

 

 Təsəvvür edirsiniz, bir ay ərzində hər gün bir yeni kişi ilə görüşə çıxmaq? Bu cəsur qızın əhvalatını Azərbaycan premium kinoteatrı “CinemaPlus”da izləmək mümkündür. 

Bu gündən etibarən kinoteatrda “30 görüş” romantik komediyası nümayiş olunur.

Rusiya istehsalı olan filmin rejissoru Tatyana Kapitandır. Rollarda rus kinosunun məşhur komik akytorları - Natalya Medvedeva (Comedy Women), Nikita Panfilov, Dmitriy Boqdan, Qarik Xarlamov (Comedy Club) və Nikita Ciqurda çəkiliblər.

Filmin baş qəhrəmanı şəxsi həyatını qurmaq istəyən gənc qızdır. O, psixoloji layihəyə baş vurur və 30 gün ərzində həe dəfə yeni bir kişi ilə görüşə çıxmaq qərarına gəlir.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

“CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir. Azərbaycanın premium kinoteatrı “28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – “CinemaPlus”dır.

 //cinemaplus.az/ru/news/azrbaycann-premium-kinoteatr-28-cinemann-ad-dyidir/

 

 

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza