Modern.az

Şagirdlərin əlləri spirtlənir, valideynlər isə “donuz qripi”nin olduğunu iddia edir

Şagirdlərin əlləri spirtlənir, valideynlər isə “donuz qripi”nin olduğunu iddia edir

6 Fevral 2016, 11:35

 

Azərbaycanla sərhəd ölkələrdə “donuz qripi” aşkarlandığı vaxtdan ölkəmizdə gücləndirilmiş tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyinin göstərişlərinə əsasən məktəb və bağçalarda dezinfeksiya işləri aparılır.

Fevralın 15-ə qədər Respublikanın bütün mətkəb və bağçaları dezinfeksiya olunacaq. Lakin bəzi məktəblərdə dezinfeksiya işləri ilə yanaşı, şagirdlərin maska taxmaları və əlləri spirtlənərək içəri keçmələri bildirilir. Bundan narahat olan valideynlər isə ölkədə “donuz qripi”nin olmasından şübhələnərək belə addımın atıldığını iddia edirlər.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin  direktor müavini Vaqif Abdullayev Modern.az-a açıqlamasında bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən hər bir şagirdin məktəbə gələrkən maska taxması və ya əllərinin spirtlənərək otağa keçməsi barədə göstəriş verilməyib.

“Hansısa məktəb belə addım atıbsa, bunu nə məqsədlə edildiyi o məktəblərdən öyrənilməlidir. Amma belə bir göstəriş yoxdur”.

V.Abdullayev valideynləri narahat olmamağa çağırıb. O vurğulayıb ki, Azərbaycanda “A H1N1” tipli virus qeydiyyata alınmayıb.  

“Nə qədər ki, Azərbaycanla sərhəd ölkələrdə “donuz qripi” xəstəliyi mövcuddur, buna ölkəmiz hazır olmalıdır. Xüsusi tədbirlər görülür ki, xəstəlik vaxtında aşakar olsunsun və ona qarşı tədbirlər həyata keçirilsin. Amma bu gün ölkəmizdə belə bir qrip yoxdur.

Hər kəs özü könüllü olaraq spirtlə əlini, üzünü silə və maska geyə bilər, buna qadağa yoxdur. Dezinfeskiya məsələləri fevralın 15-də qədər planlaşdırılıb ki, bütün müəssilələrdə aparılsın. Lakin bu tədbirlər  bitməyəcək. Davam etdiriləcək”.  

Aytən ZƏHRA


Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza