Modern.az

Sürücü təmir etdiyi avtomobilin altında qalıb

Sürücü təmir etdiyi avtomobilin altında qalıb

Təhsil

6 Fevral 2016, 22:36

 

Bu gün axşam saatlarında Bakının Xətai rayonunda faciəvi qəza baş verib. Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub.  55 yaşlı şəxs “Şaqman” yük avtomobilini təmir edərkən onun altında qalıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Bədbəxt hadisə nəticəsində ölən sürücü Quba rayon sakini Seyidəhmədov İbrahimdir.

Onun "Bakı Ağ Şəhər" ərazisində yerləşən şirkətlərdən birində çalışdığı qeyd olunur. Hazırda hadisənin baş verdiyi Xətai rayon Nəcəfqulu Rəfiyev küçəsində FHN xilasediciləri tərəfindən cəsədin maşının altından çıxarılması işi aparılır. Həmçinin, polis və prokrorluq orqanlarının işçiləri hadisə yerində araşdırma aparır.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza