Modern.az

Gəncədə həkim boğularaq ölüb

 Gəncədə həkim boğularaq ölüb

Təhsil

7 Fevral 2016, 00:48

 

Gəncədə bədbəxt hadisə baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Ələsgər Abdullayev Yeni Gəncə qəsəbəsində yaşadığı mənzildə boğularaq ölüb. Qonşular evdən qoxu gəldiyini və onun qapını açmadığını görüb FHN-nin xilasetmə xidmətinə məlumat veriblər.

Əraziyə gələn xilasedicilər qapını açaraq mənzilə daxil olublar və Ə. Abdullayevin qaz sobasındakı qazanın yanması nəticəsində yaranan tüstüdən boğulduğunu müəyyən ediblər. Məlumata görə, o evdə tək yaşayıb.  

Qeyd edək ki, Ə. Abdullayev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasında uroloq işləyib.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza