Avstriyada Alp dağlarında baş vermiş qar uçqunu nəticəsində 5 xizəkçi ölüb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, insident Akzamer Lizum kurort rayonunda baş verib. Məlumata görə, qar uçqununun baş verdiyi ərazidə Çexiyadan gələn 17 xizəkçi olub.
Hadisə yerinə axtarış-xilasetmə qrupu cəlb edilib.
Modern.az